Emin Mahmudovun 50-ci qolu
Emin Mahmudov “Neftçi”də 50-ci qolunu vurub.
Msport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümünün son turunda baş tutub.
31 yaşlı yarımmüdafiəçi “Sabah”la qarşılaşmada komandasına qələbə qazandırıb – 1:0.
2017/2018 mövsümündən paytaxt klubunun şərəfini qoruyan millimizin üzvü ağ-qara forma ilə 50-ci dəfə fərqlənib.
O, bu qollardan 38-nə Premyer Liqada imza atıb. Təcrübəli oyunçu ölkə kubokunda 4, avrokuboklarda 8 dəfə rəqib qapısına yol tapıb.
Yarımmüdafiəçi “Neftçi”nin heyətində 50 və daha çox qol vuran 17-ci futbolçudur. 1937-ci ildə yaranan klubun 86 illik tarixində ona qədər 16 oyunçu bunu bacarıb.







