featured-image-33462

Növbəti mövsümə hazırlıqlarını davam etdirən “Sabah” dünən “Sankt-Pauli” klubu ilə yoxlama oyunu keçirib.

Matç Almaniya təmsilçisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Msport.az xəbər verir ki, Murad Musayev matçdan sonra “Sabah” TV-yə açıqlamasında hazırlıq, yoxlama oyunları və digər məsələlərə münasibətini bildirib:

“Avstriyada təlim-məşq toplanışımız davam edir. Toplanışın təşkilinə görə rəhbərliyə təşəkkür edirəm. Komanda üçün yaxşı şərait yaradılıb, hava, meydanların vəziyyəti yüksək səviyyədədir. Üstəlik güclü rəqiblərlə yoxlama oyunları keçiririk. Futbolçuların təlim-məşq toplanışına yanaşmasından da çox razıyam. Məşqlərdə inamlı təsir bağışlayırlar, Addım-addım formamızı yığırıq. Komanda daxilində də müsbət ab-hava var”.

Rusiyalı mütəxəssis təlim-məşq toplanışı dövründə keçirdikləri yoxlama matçları barədə də fikirlərini ifadə edib:

“İlk oyunumuz Azərbaycanda “Qəbələ”yə qarşı oldu. Bu görüşün ilk 20 dəqiqəsində çox yaxşı təsir bağışladıq. İkinci oyunumuz “Əl Sədd”lə idi. Həmin qarşılaşmada komanda olaraq 45 dəqiqə yaxşı oynadıq. “Sankt-Pauli” ilə görüşə gəlincə, nəticə uğursuz olsa da, 90 dəqiqə taktiki baxımdan eyni tempdə oynaya bildik və döyüşkən futbol göstərdik. Addım-adım irəliləyirik. İndi nəticələr elə də önəmli deyil, əsas futbolçularımızın keyfiyyətli oyun göstərməsi və fiziki hazırlığıdır. Komandada irəliləyiş nəzərə çarpır”.

“Sabah”ın çalışdırıcısı yeni transferlər haqqında da danışıb: “Konandaya yeni futbolçular gələndə bir az səbrli olmalıdırlar. Tələblərimizi öyrəndilər, tam formaya düşməlidirlər. Məşqçilərlə, futbolçularla, klubun digər əməkdaşları ilə isnişməlidirlər. Bu prosesə səbrlə yanaşmalıyıq. Elələri var, məsələn Rəhman Daşdəmirov, toplanışın ilk günündən bizimlədir. Sofian Çakla komandaya bir az gec qoşuldu. Buna baxmayaraq, artıq yaxşı forma yığıb. Demək olar ki, hazır gəlmişdi. Ona adaptasiya üçün çox vaxt lazım olmadı. Çakla bütün görüşlərdə ilk dəqiqələrdən oynayır.

Marqarita gələndə yüngül zədəsi var idi, bir müddət fərdi məşqlər etdi. İndi bərpa prosesini keçir. Yaxın vaxtlarda komanda ilə məşqlərə başlaya biləcək.

Vinsent Til komandaya hamıdan gec qoşuldu. Lakin onun hazırlığı normaldır. Son oyunda 30 dəqiqə forma geyindi. Görürdük ki, o, 20 dəqiqəyə hazırdır. Lakin Til də optimal formasını bərpa etməyə çox yaxındır. Buna tədricən nail olmaq lazımdır, biz tələsmirik. Şadam ki, bu futbolçuları transfer etdik. Məhz onları komandamızda görmək istəyirdik. Əminəm ki, onlar bizi daha da gücləndirəcəklər”.

M.Musayev sonda azarkeşlərə üzünü tutub: “Ötən mövsüm biz yaxşı nəticə əldə etdik. Təkcə qazanılan xallar, tutduğumuz yer baxımından yox, parlaq oyunla da azarkeşlərimizi sevindirə bildik. Daim bizi irəli səslədilər. Müxtəlif bannerlər hazırladılar, ev, səfər matçlarında yanımızda oldular. Yenidən fanatları sevindirməyə çalışacağıq. Biz çox işləməliyik. Qarşıda bizi çətin, maraqlı mövsüm gözləyir. Həm də avrokubok görüşləri. Ümid edirəm ki, sevincli emosiyalarımız çox olacaq”.

 

Bənzər xəbərlər