"Emreli yüz faizlik epizodu dəyərləndirə bilmədi" - "Konyaspor"un baş məşqçisi
“Konyaspor”un baş məşqçisi Aleksandr Stanoyeviç “Antalyaspor”la oyun (1:1) haqda fikirlərini bildirib. Msport.az xəbər verir ki, serbiyalı mütəxəssis millimizin üzvü Mahir Emrelinin real şansı qaçırdığını deyib:
“Birinci hissəyə öndə gedə bilərdik, ancaq “Antalyaspor”un qoluna mane ola bilmədik. Doğma meydanda heç-heçə etdiyimiz üçün nəticədən razı deyilik. Çekici və Emreli yüz faizlik epizodları dəy”ərləndirə bilmədilər. Rəqib ilk yarıda bizdən daha üstün oyun göstərdi.
İkinci hissədə Pozuelo və Emrelini meydana buraxaraq, oyunu bərabərləşdirməyə çalışdıq. Lakin qələbə gətirən qolu vura bilmədik”.
AYXAN







