Emrelinin klubu Sloveniyada təlim-məşq toplanışa başladı – FOTO
“Dinamo” (Zaqreb) Sloveniyada təlim-məşq toplanışına başlayıb.
Msport.az xəbər verir ki, hazırlıqda milli komandamızın üzvü Mahir Emreli də iştirak edir.
25 yaşlı hücumçu ötən mövsüm qış fasiləsindən sonra “Konyaspor”da icarədə olub.
Yenidən “Dinamo”ya dönən futbolçunun klubda qalacağı və ya icarəyə veriləcəyi yoxlama matçlarından sonra məlum olacaq.








