“Eqnatiya”nın baş məşqçisi Vüsal İsgəndərliyə inanır – “Tez forma yığacaq”
“Eqnatiya”nın baş məşqçisi Vüsal İsgəndərliyə inanır – “Tez forma yığacaq”
Albaniyanın “Eqnatiya” komandasının baş məşqçisi Edlir Tetovo yeni transfer etdikləri Vüsal İsgəndərli ilə bağlı fikirlərini bölüşüb.
Msport.az xəbər verir ki, 40 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında millimizin üzvünə inandığını bildirib:
“Komandanı üç futbolçu tərk etsə də, cəmi iki transfer həyata keçirmişik. Ümid edirəm ki, tez uyğunlaşacaqlar. Bildiyiniz kimi, Aleksinin Superliqa təcrübəsi var. Düşünürəm ki, azərbaycanlı vinger Vüsal İsgəndərli də tez forma yığacaq”.
Qeyd edək ki, İsgəndərli “Eqnatiya” ilə 3 illik müqavilə imzalayıb.







