featured-image-50431

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan milli komandanın üzvü Merih Demiralın UEFA tərəfindən 2 oyunluq cəzalandırılmasına münasibət bildirib.

Msport.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında bildirib: “Kimsə almanların formalarında qartal var deyirmi? Kimsə də durub fransızların formasında xoruz var, niyə xoruzlanırsan deyirmi? Orada Merih həyəcanını bu şəkildə ifadə etdi”.

Xatırladaq ki, Merih Avstriyaya 2:1 hesabı ilə qalib gəldikləri Avro-2024-ün 1/4 oyununda dubl edib. Merihin oyunda “bozqurd” işarəsi göstərməsi UEFA-nın İntizam Komitəsi tərəfindən uyğunsuz davranış kimi qiymətləndirilib və o, 2 oyunluq cəzalandırılıb.

Bənzər xəbərlər