featured-image-27752

Moskva “Dinamo”sunun erməni əsilli futbolçusu Armen Zaxaryan bir müddət əvvəl “Qalatasaray”a keçə biləcəyi ilə bağlı yayılmış xəbərlərə münasibət bildirib. Msport.az yerli mətbuata istinadən xəbər verir ki, o bu təklif gələn kimi imtina etdiyini bildirib:

“Ən gülünc xəbər yəqin ki, “Qalatasaray”la bağlı idi. Onda elə danışdılar ki, hər şey hazırdır, müqavilə rəsmiləşdirilir və s. Əslində isə mən o dəqiqə onlara “yox” dedim. Oturub oxuyuram ki, guya artıq “Qalatasaray”a keçidim həll olunub. Fikirləşdim ki, bəlkə mənsiz nəsə aralarında danışıblar.

Mənə demişdilər ki, “Qalatasaray”dan təklif var, mən “yox” dedim. Hər şey belə oldu”.

Qeyd edək ki, Türkiyə mətbuatında “Qalatasaray”ın 15 milyon avroya yarımmüdafiəçini trasnfer edəcəyi ilə bağlı xəbərlər yayılmışdı. Həmkarlarımızın yazdığına görə, klublar transfer məsələsində razılaşsalar da, son anda futbolçunun atası buna mane olmuşdu.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər