featured-image-83094

UEFA Millətlər Liqasında 2-ci turun oyunları keçirilir.

Msport.az xəbər verir ki, Tbilisidə Gürcüstan millisi Ukraynanı qəbul edib. Azərbaycanlı hakim Əliyar Ağayevin idarə etdiyi matçda hesab açılmayıb. Bu, Gürcüstan millisinin yeni baş məşqçisi Revaz Svanadzenin yığmada debütü olub.

“Qarabağ”ın futbolçusu Marko Yankoviçin çıxış etdiyi Monteneqro səfərdə Ermənistanla qarşılaşıb. Görüş Monteneqronun 3:2 hesablı qələbəsi ilə başa çatıb. Marko Yankoviç matça start heyətində başlayıb və sona qədər meydanda olub.

Latviya -Kipr oyununda da qapılara qol vurulmayıb.

B Liqası

2-ci qrup

20:00. Gürcüstan – Ukrayna – 0:0

C Liqası

2-ci qrup

20:00. Ermənistan – Monteneqro – 2:3

Qollar: Serobyan, 34, Spertsyans, 65 – Piloyan, 20-avtoqol, Krstoviç, 38, Latkoviç, 89

20:00. Latviya – Kipr – 0:0

Bənzər xəbərlər