Əsas milli U-21-ə şans vermədi
AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində “Dalğa Arena”da Estoniya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandası yoxlama oyunu keçirib.
Msport.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda 21 yaşadək futbolçulardan ibarət komanda ilə qarşılaşan millimiz 5:2 hesablı qələbə qazanıb. Mahir Həsənovun avtoqol müəllifi olduğu oyunda millimizin digər qollarını Mahir Emreli, Filip Ozobiç, Musa Qurbanlı və Toral Bayramov vurublar. U-21-in heyətində isə Elçin Qasımov və Ağadadaş Salyanski fərqlənib.