featured-image-24763

“Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli AFFA-nın baş katibi Sərxan Hacıyevin cari mövsümün sonunda bir komandanın idman prinsiplərinə əsasən Azərbaycan Premyer Liqasını tərk edəcəyi ilə bağlı fikirlərinə münasibət bildirib.

Mütəxəssis Msport.az-a açıqlamasında bunu anlayışla qarşıladıqlarını söyləyib.

Əsgərli deyib ki, bu, hələ çempionat başlamamış verilən informasiya idi: “Əvvəldən bilinirdi ki, bu mövsüm bir komanda – turnir cədvəlinin sonuncusu çempionatı tərk edəcək. Onsuz da bu plan üzərindən yola çıxmışdıq. Bundan sonra da öz strategiyamız və oyun planımızla işimizə davam edəcəyik”.

“Şamaxı” hazırda 20 xalla 10 komanda arasında 9-cudur. Baş məşqçinin sözlərinə görə, turnir cədvəlindəki vəziyyət onları daha yaxşı mübarizə aparmağa vadar edir: “Hər oyunumuz final səviyyəsindədir , bunun artıq özü həm bizə, həm də futbolçulara motivasiyadır”.

CAHİD

Bənzər xəbərlər