featured-image-42621

Azərbaycan Üzgüçülük Federasiyasının (AÜF) vitse-prezidenti Mark Koqanov və baş katibi Fəxri Həsənov Yunanıstanın Afina şəhərində keçirilən Avropa Üzgüçülük Federasiyasının (LEN) hesabat-seçki konfransında iştirak edirlər.

AÜF-ün mətbuat xidmətindən Msport.az-a verilən məlumata görə, tədbirdə LEN-in gələcəkdə görüləcək işlərinin müzakirəsi nəzərdə tutulub.

Bundan başqa, digər yeniliklər və keçirilməsi planlaşdırılan yarışların təşkili məsələləri ilə bağlı da fikir mübadiləsi aparılacaq.

Bənzər xəbərlər