featured-image-74004

Fransa Futbol Federasiyası (FFF) DÇ-2026-dan sonra Zinəddin Zidanın milli komandanın baş məşqçi postuna təyin olunması üçün addımlar atıb.

Msport.az xəbər verir ki, FFF artıq 53 yaşlı mütəxəssislə rəsmi danışıqlara start verib.

Daha əvvəl hazırkı baş məşqçi Didye Deşamın DÇ-2026-dan sonra postundan ayrılacağı açıqlanıb. Zidanın “Real”a mümkün qayıdışı ilə bağlı vaxtaşırı şayiələr yayılsa da, mövcud vəziyyət onun karyerası üçün fərqli istiqamətə işarə edir.

Qeyd edək ki, Zinəddin Zidan 2016-2018 və 2019-2021-ci illər aralığında “Real”da işləyib. Madrid təmsilçisi onun rəhbərliyi altında iki dəfə La Liqanı, üç dəfə UEFA Çempionlar Liqasını qazanıb.

Bənzər xəbərlər