Federasiyada yeni vitse-prezident
Bu gün Azərbaycan Üzgüçülük Federasiyasında (AÜF) İcraiyyə Komitəsinin növbəti iclası baş tutub.
Msport.az xəbər verir ki, toplantıda qurumun 2024-cü ildə fəaliyyət planı, keçirilən yarışlar, qarşıda nəzərdə tutulan yerli və beynəlxalq turnirlərdə idmançılarımızın iştirakı müzakirə olunub.
Gündəliyə əsasən, federasiyaya yeni vitse-prezident seçkiləri də baş tutub. AÜF prezidenti Xanlar Fətiyev bu vəzifəyə Tamerlan Abdullazadənin namizədliyini irəli sürüb və o, yekdilliklə səs toplayıb.
Yeni vitse-prezident bu təyinatadək federasiyanın baş katibinin müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, Abdullazadə 1991-ci ildə Gəncə şəhərində anadan olub.