featured-image-7756

“Qəbələ”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Fehervar” futbolçularından birini itirə bilər. Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Macarıstan təmsilçisinin idman direktoru İştvan Saploy bu haqda məlumat verib.

O, Gürcüstan millisinin üzvü Budu Zivzivadzenin komandanı tərk edə biləcəyini deyib. Bu ilin qışında icarə əsasında “Uypeşt”ə keçən 28 yaşlı forvard 12 oyuna 11 qol vurmuşdu. Hücumçuya yeni təkliflər olduğundan Saploy Zivzivadzenin böyük ehtimalla “Fehervar”ı tərk edəcəyini söyləyib.

Qeyd edək ki, hazırda klubun düşərgəsində olan futbolçu “Fənərbaxça”ya qarşı yoxlama oyununda (0:3) meydanda olub.

Xatırldaq ki, “Qəbələ” ilə “Fehervar” arasında ilk oyun  iyulun 21-də Macarıstandakı “Mol Arena”da olacaq. Bu komandalar arasında cavab görüşü iyulun 28-də Qəbələdə keçiriləcək.

Bənzər xəbərlər