featured-image-34301

Türkiyənin “Fənərbağça” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Msport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İtaliya “Sassuolo”sunda çıxış edən Mert Müldür İstanbul təmsilçisinin formasını geyinəcək. Türkiyə millisinin üzvü üçün 3,5 milyon avro ödəniləcək. 24 yaşlı müdafiəçi axşam saatlarında İstanbulda olacaq.

Qeyd edək ki, Mert Müldür 2019-cu ildən “Sassuolo”nun formasını geyinir.

Bənzər xəbərlər