“Fənərbağça” London klubunun futbolçusunu istəyir
İngiltərənin “Tottenhem” klubunun futbolçusu Serxio Regilon karyerasını Türkiyədə davam etdirə bilər.
Msport.az xəbər verir ki, bu barədə yerli “Fanatik” nəşri məlumat yayıb.
“Fənərbağça” 27 yaşlı cinah müdafiəçisi ilə maraqlanır. İstanbul təmsilçisinin rəhbərliyi oyunçu üçün 7 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Serxio Regilonun London təmsilçisi ilə hazırkı müqaviləsi 2025-ci ilin yayınadək qüvvədədir.