“Fənərbaxça”da növbəti ayrılıq
Türkiyənin “Fənərbaxça” klubu daha bir futbolçusu ilə yollarını ayırıb.
Msport.az xəbər verir ki, İstanbul təmsilçisi Stiven Kokerlə vidalaşıb.
Əslən Syerra Leonedən olan 31 yaşlı müdafiəçinin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.
Stiven Koker 2021-ci ilin yayında “Fənərbaxça”ya keçmişdi.