featured-image-36774

Gənclər və idman naziri Fərid Qayıbov sentyabrın 6-da Şabran və Xaçmaz rayonlarında yaşayan vətəndaşları qəbul edib.

Msport.az xəbər verir ki, qəbuldan öncə Şabran şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad edilib.

Şabran şəhər Heydər Əliyev Mərkəzində keçirilən qəbulda nazir Fərid Qayıbov vətəndaşları diqqətlə dinləyib, müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.

Bənzər xəbərlər