featured-image-29433

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol turnirinə yekun vurulub.

Msport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda dövlət qurumlarının 50-dən çox komandası mübarizə aparıb. 2022-ci ilin noyabr ayından start götürən turnirin həlledici oyununda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) və Fövqəladə Hallar Nazirliyinin (FHN) komandaları qarşılaşıb. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən oyunun əsas vaxtı qolsuz heç-heçə ilə nəticələnib. Penaltilər seriyasında isə daha dəqiq oynayan FHN komandası turnirin qalibi adını qazanıb. Beləliklə, ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan turnirin çempionu FHN, ikinci yeri DTX, üçüncü yeri isə SOCAR komandası tutub.

Görüş başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib.

Mükafatları gənclər və idman naziri Fərid Qayıbov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti Orxan Məmmədov, Dünya Minifutbol Federasiyasının prezidenti Filip Cuda və digərləri təqdim ediblər.

Turnirin ən yaxşı oyunçusu Əli Səfərov (DTX), bombardiri Səttar Qədirov (33 qol, FHN), ən yaxşı qapıçı Yəhya Nağıyev (FHN) seçilib, “fair-play” nominasiyasında Xarici İşlər Nazirliyinin komandası mükafatlandırılıb.

media-346112215_540879944884038_5574166705381934272_n

 

media-345972280_2441748685992967_8708149386563062853_n

media-346097763_9345148865527554_5015897082830430061_n

media-346094415_3369755093353494_7241765002335438665_n

 

Bənzər xəbərlər