featured-image-33722

FİFA-nın milli komandalar üçün yeni reytinq cədvəli açıqlanıb.

Msport az xəbər verir ki, Azərbaycan seçməsi iyul ayı üçün cədvəldə yerini dəyişməyib.

 Canni De Byazinin rəhbərlik etdiyi komanda 1143 xalla 121-cı sıradadır. 

Reytinqin zirvəsində dəyişiklik olmayıb. DÇ-2022-nin qalibi Argentina yığması 1843 xalla liderliyini davam etdirib. Qətərdəki mundialın finalçısı Fransa seçməsi (1843) cüzi fərqlə ikinci, Braziliya (1828) isə üçüncü sırada qərarlaşıb.

İlk “10-luq”:

1. Argentina – 1843,73 xal

2. Fransa – 1843,54

3. Braziliya – 1828

4. İngiltərə – 1797

5. Belçika – 1788

6. Xorvatiya – 1742

7. Niderland – 1731

8. İtaliya – 1726

9. Portuqaliya – 1718

10. İspaniya – 1703

AVRO-2024-ün seçmə mərhələsinin F qrupu:

5. Belçika – 1788

23. İsveç – 1547

29. Avstriya – 1528

111. Estoniya – 1179

121. Azərbaycan – 1143

Bənzər xəbərlər