featured-image-32219

UEFA 2023/2024 mövsümünün ilk yarısı üçün beynəlxalq dərəcəli hakimlərin kateqoriyalarını yeniləyib.

Msport.az-ın məlumatına görə, Azərbaycan referilərinin kateqoriyalarında dəyişiklik baş verməyib.

Əliyar Ağayev əvvəlkitək I qrupda qərarlaşıb. Elçin Məsiyev və Rauf Cabbarov ikinci kateqoriyadakı yerlərini qoruyublar.

Qadın FIFA referimiz Fəridə Lütfəliyeva II kateqroiyada qalıb.

Beynəlxalq dərəcəli futzal hakimlərimiz Hikmət Qafarlı, Əli Cəbrayılov və Knyaz Əmiraslanov isə II qrupda yer alıb.

Bənzər xəbərlər