featured-image-30327

“Əks-hücumlarda oynamağa çalışırdıq. “Qəbələ”yə də xal lazım idi, ehtiyatlı oynadılar. Təəssüflər olsun ki, qalib gələ bilmədik. Amma futbolçularım əzmkarlıq nümayiş etdirdi. Hər şey son tura qaldı. “Səbail” haqda çox danışmaq olar. Son turlarda möhtəşəm oynayırlar. Yaxşı legionerləri, yerliləri var. Bizi finalda da çətin oyun gözləyir. Bu matçı unudub, sabahdan “Səbail”lə görüşə hazırlaşacağıq”.

Msport.az xəbər verir ki, bu sözləri “Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli Misli Premyer Liqasının 35-ci turunun “Qəbələ” ilə (0:0) matçından sonra keçirilən mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.

– Tovuzdakı matçda “Səbail”in son dəqiqədə vurduğu bərabərlik qolunu necə qarşıladız?

– Sözün düzü, heç baxmırdıq hesaba. Bütün məşqçilər bir-birimizə söz vermişdik ki, sırf oyunumuza köklənək. Oyundan sonra mətbuat xidmətinin rəhbəri bəd xəbər verdi. Futboldur da.

– Premyer Liqada qalmaq üçün son görüşdə qalib gəlməlisiniz. Psixoloji gərginlik ola bilər?

– Düzdü, evdə oyunlarımız çox yaxşı alınırdı. Azarkeşlərimiz sağolsunlar, dəstək olurdular. İnanırıq ki, azarkeşlərimiz bizi “Bayıl Arena”da tək qoymayacaq. Finala bərabər oyuna çıxacağıq. İstəyərdik ki, yanımızda olsunlar. (sportal)

Bənzər xəbərlər