featured-image-53275

Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan kanoe üzrə dünya çempionatında rusiyalı idmançı Zaxar Petrov (500 metr) finiş xəttini birinci keçsə də ona qızıl medal verilməyib.

Msport.az xəbər verir ki, buna idmançının qayığının aşması səbəb olub.

Finişdə xoşagəlməz halla üzləşən Z.Petrovun nəticəsi qeydə alınmayıb.

Beləliklə qızıl medal moldovalı Sergey Tarnovskiyə verilib. Çexiyalı kanoeçi Martin Fuksa ikinci, Katalin Çirile (Rumıniya) isə üçüncü olub.

Bənzər xəbərlər