featured-image-28692

Tiemoko Fofananın “Sabah”dan ayrılmasının səbəbi bəlli olub.

Klubun mətbuat katibi Elnur Həmidovun Msport.az-a verdiyi məlumata görə, Fil Dişi Sahilindən olan hücumçu özü komandanı tərk etmək üçün rəhbərliyə müraciət edib:

“Uzun müddət zədə səbəbindən kənarda qalmışdı. Karyerasını daim oynaya biləcəyi klubda davam etdirmək istəyirdi”.

Qeyd edək ki, Fofana 2021-ci ilin yanvarından “Sabah”ın formasını geyinirdi.

Bənzər xəbərlər