“Formula 1”: Hemilton və Lekler diskvalifikasiya olundu
“Formula 1” üzrə dünya çempionatında çıxış edən “Mercedes” pilotu Lyuis Hemilton və “Ferrari”dən Şarl Lekler ABŞ Qran-prisindən sonra diskvalifikasiya olunublar.
Msport.az xəbər verir ki, bu barədə yarışın rəsmi “X” hesabı məlumat yayıb.
Qurum hər iki sürücünün texniki qayda pozuntusuna görə kənarlaşdırıldığını bildirib.
“Red Bull”dan Maks Ferstappen ABŞ-dakı turnirin qalibi olmaqla Qran-prilərdə 50-ci qələbəsini qazanıb. Yekun sıralamada “McLaren”dən Lando Norris ikinci, Leklerin komanda yoldaşı Karlos Sayns üçüncü olub.
Yarışı ikinci yerdə başa vuran Hemilton 6-cı sıradakı Leklerlə birlikdə sonuncu pilləyə düşüblər.