featured-image-20684

“Yaxşı çıxışlarla yanaşı, bəzən bəxt də uğurlu nəticələr əldə etməyimizə imkan verdi”.

Msport.az xəbər verir ki, bunu Almaniya “Frayburq”unun baş məşqçisi Kristian Ştrayx ötən ilki çıxışları barədə “Kicker” nəşrinə açıqlamasında deyib.

57 yaşlı mütəxəssis bildirib ki, bəxt amili olmasaydı, “Qarabağ”, “Bohum” və “Maynts”, eləcə də “Ştutqart”a məğlub ola bilərdilər: “Oxşar oyunlar oldu. Rəqibin qırmızı vərəqələr alması işimizi daha da asanlaşdırdı”.

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının qrup mərhələsində hər iki oyunda “Frayburq”a 1:2 hesabı ilə uduzub.

Bənzər xəbərlər