featured-image-16031

Avropa Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Frayburq” oyunundan öncəki mətbuat konfranslarının və açıq məşqlərin vaxtı müəyyənləşib.

Msport.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı noyabrın 2-də, saat 18:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

19:15-də isə media nümayəndələri üçün açıq məşq (İlk 15 dəqiqə) keçiriləcək.

Qonaq komandanın mətbuat konfransı UEFA ilə əldə olunmuş razılığa əsasən, Almaniyada reallaşacaq. Azərbaycanlı media mənsubları mətbuat konfransına onlayn qoşula bilərlər. Bunun üçün bu gün saat 18:00-dək [email protected] ad-soyad, proqrama qoşulmaq üçün e-mail və iş yerini yazaraq qeydiyyatdan keçə bilərsiniz.

“Frayburq”un mətbuat konfransı noyabrın 2-də Bakı vaxtı ilə 11:45-də başlayacaq. Rəqib komandanın açıq məşqi (ilk 15 dəqiqə) isə noyabrın 2-də saat 21:30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Oyun günü media nümayəndələri üçün giriş Tofiq Bəhramov adına Respublika stadionunun cənub – C qapısından (“Xankəndi” restoranının yanı) olacaq.

Bənzər xəbərlər