“Futbolçularda mental və fiziki cəhəddən çətinlik yaranıb” – Vüqar Əsgərli
Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində keçirilən “Şamaxı” – “Qarabağ”(0-1) oyundan sonra ev sahiblərinin baş məşqçisi Vüqar Əsgərli açıqlama verib.
Msport.az xəbər verir ki, yerli mütəxəssis elitada qala biləcəyinə inandığını bildirib:
– “Ani diqqətsizlikdən buraxılan qolla “Qarabağ” kimi güclü komandaya məğlub olduq. Son 4 oyunda yüksək pillələr tutan rəqiblərə qarşı oynadığımızdan futbolçularda mental və fiziki cəhəddən çətinlik yaranıb. Buna baxmayaraq, oyunçularımı hər görüşə toparlanaraq mübarizə apara bildiklərinə görə təbrik edirəm. Daha da yaxşı hazırlaşaraq növbəti oyunlarda qələbə qazanıb Premyer Liqada qalmağa çalışacayıq”
Royal Türksoy







