featured-image-29905

Azərbaycan millisinin sabiq futbolçusu, hazırda menecer kimi fəaliyyət göstərən Ceyhun Sultanov AFFA Lisenziya Komissiyasının qərarı ilə “Araz-Naxçıvan” və “Zaqatala”nın Premyer Liqada iştirak üçün lisenziya almalarına münasibət bildirib.

Veteran futbolçu Msport.az saytına açıqlamasında bunun yaxşı hal olduğunu söyləyib. Amma o, hadisələrin necə inkişaf edəcəyini bilmədiyini vurğulayıb:

“Zaqatala”ya lisenziya verilməsindən xəbərim var. Yaxşı haldır. Amma əsas odur ki, Premyer Liqada olsunlar. Onların elitada iştirakı futbolumuza xeyir verər. Lakin 12 komanda olub-olmayacağını heç kim bilmir. Olsa, əla olar. Amma burada idman prinspiləri var. Bunun necə olacağını bilmirəm”.

Sultanovun sözlərinə görə, Azərbaycan futbolunda idman prinsiplərinin qorunması üçün beyin dəyişməlidir: “Amma dəyişiklik olmayıb. Necə var, elə də idarə olunur, elə də fikirləşirlər. Beyin dəyişməsə, heç nə dəyişməyəcək”.

Bənzər xəbərlər