featured-image-31452

“Ən parlaq oyunu “Qarabağ” göstərir. Klubun 15 milyon büdcəsi var. Avrokuboklarda da maksimum nəticələr göstərməyə çalışırlar: “Ferentsvaroş”, “Sürix”, “Nant”, “Olimpiakos” üzərində qələbə qazandılar”.

Msport.az xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Murad Musayev Rusiya mətbuatına müsahibəsində deyib. 39 yaşlı mütəxəssis Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovla münasibətlərinin əla olduğunu deyib:

“Az qala “Gent”i də keçəcəkdilər. İlk oyunda 1:0 hesabı ilə qələbə qazandılar. Oyun baxımından da rəqibdən üstün idilər. Cavab matçında penaltilər seriyasında uduzdular. Təsadüfi deyil ki, Talalayev, Kalyoşin deyir ki, Qurban Qurbanovun yanına təcrübəyə gəlmək istərdilər.

Bizim Qurbanovla çox yaxşı münasibətlərimiz var. İndi biz rəqibik deyə onun yanında təcrübədə olmağım mümkün deyil. Gələcəkdə məmuniyyətlə baxardım ki, daxildən bu necə görünür”.

Musayev Azərbaycan çempionatında rusiyalı legionerlərin olmamasına da aydınlıq gətirib: “Azərbaycan bazarı daha çox Sequndaya, Portuqaliya II liqasına yönəlib. Oyunçuların səviyyəsi yaxşıır, maliyyə tələbləri də yüksək deyil. Rusiyadan bura Azərbaycana bağlılıqları olan gənc futbolçular gəlirlər”.

AYXAN

Bənzər xəbərlər