featured-image-29313

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Koneçko Suqovuşan və Mingəçevirdə keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Prezident Kuboku-2023” beynəlxalq reqatası haqda fikirlərini bildirib:

Msport.az xəbər verir ki, beynəlxalq qurumun rəhbəri yarışın yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb:

“Turnir yüksək səviyyədə təşkil olunub. Bu isə onu göstərir ki, gələcəkdə Suqovuşan və Mingəçevir nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi edə bilər. Bu ideyanın həyata keçməsi üçün Azərbaycanın mümkün namizədliyini dəstəkləyəcəyəm.

“Düşünürəm ki, bu, ölkəniz üçün vacib olan yubileyi qeyd etmək baxımından çox yaxşı yoldur. Belə bir yarışın keçirilməsi həm Azərbaycan, həm də burada iştirak edən ölkələrin bu idman növünü təşviq etməsi üçün də önəmlidir”.

Federasiya rəsmisi Suqovuşanın Azərbaycan üçün xüsusi və tarixi yer olduğunu da əlavə etdi:

“Suqovuşan xüsusi yerdir, çünki öz tarixi var. Azərbaycanın qısa zamanda bu bölgəni necə inkişaf etdirməsinin və su hövzəsində yarışlar üçün şərait yaratmasının şahidi oldum. Suqovuşandakı şərait beynəlxalq standartlara cavab verir. Gələcəkdə orada Dünya Kuboku kimi nüfuzlu yarışlar keçirilə bilər”.

Mayın 4-dən start götürən “Prezident Kuboku-2023” beynəlxalq reqatasının bu gün son mərhələsi baş tutacaq.

Bənzər xəbərlər