featured-image-38453

UEFA Gənclər Liqasının I mərhələsində “Puşkaş Akademiya” (Macarıstan) və “Qəbələ” komandaları arasında keçiriləcək I mərhələsinin cavab matçına təyinatlar açıqlanıb.

Msport.az xəbər verir ki, qarşılaşmanı norveçli FIFA referisi Məhəmməd Usman Aslam idarə edəcək.

Ona Tom Harald Qronevik və Yorgen Ronninq Valstadsve yan xətt hakimi kimi köməklik göstərəcək. Dördüncü hakim isə macar Marton Ruszdur.

Qeyd edək ki, oktyabrın 25-də reallaşacaq görüş saat 18:00-da start götürəcək. Qəbələ şəhər stadionunda gerçəkləşən ilk oyun 1:1 hesabı ilə yekunlaşıb.

Bənzər xəbərlər