featured-image-34246

Çinin Çendu şəhərində 31-ci Ümumdünya Yay Universiadasında iştirak edən Azərbaycan idman nümayəndə heyətinin fotoqrafı, Gənclər və İdman Nazirliyinin əməkdaşı Dilavər Nəcəfovun səhhətində problem yaranıb.

Nəcəfov nümayəndə heyətinin rəhbərliyi tərəfindən təcili xəstəxanaya çatdırılaq  müayinə edilib və ona kəskin miokard infarktı diaqnozu qoyulub. Dərhal stendləmə ilə koronar angioplastika əməliyyatı aparılıb.
O, Msport.az-a açıqlamasında hazırda durumunun yaxşı olduğunu və tezliklə xəstəxanadan buraxılacağı bildirib.

Gənclər və İdman Nazirliyi Nəcəfova göstərilən diqqətə görə, həkimlərə və eləcə də Universiadanın Təşkilat Komitəsinə təşəkkür edib.

Bənzər xəbərlər