"Gent" - "Qarabağ": Azarkeş marağının az olmasının səbəbi bilindi
Belçikada “Gent” və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununa azarkeş marağının az olmasının səbəbi bəlli olub.
Msport.az xəbər verir ki, Gent tərəfdar federasiyasının sədri Filip Raes bunu ölkədəki inflyasiya və matçın oynanılacağı “Gelamko Arena”nın bu komanda üçün həddindən artıq böyük olması ilə əlaqələndirib.
Onun sözlərinə görə, əvvəllər Belçikada futbol matçı daha çox ailə tədbiri hesab olunurdu: “Amma indi ailənizlə gəzintiyə ən azı 150 avro xərcləməlisiniz. Bu isə az məbləğ deyil. Üstəlik, stadion “Gent” üçün çox böyükdür. Bu arenaya ən yaxşı halda 18 min azarkeş toplaşıb”.
Qeyd edək ki, bu gün keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
CAHİD