featured-image-43386

İdman gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Dünya Kuboklarında mübarizə aparacaqlar.

Azərbaycan Gimnastika Federasiyasından Msport.az-a verilən məlumata görə, Nikita Simonov, İvan Tixonov, Rəsul Əhmədzadə, Mənsum Səfərov kişilər, Nazənin Teymurova isə qadınlar arasında mübarizə aparacaqlar.

Dünya Kubokları Misirin paytaxtı Qahirədə və Almaniyanın Kotbus şəhərində keçiriləcək.

Turnirlər müvafiq olaraq 15-18 və 22-25 fevralda reallaşacaq.

Bənzər xəbərlər