featured-image-50265

İspaniyanın Saraqosa şəhərində bədii gimnastika üzrə beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan gimnastları məlum olub.

Azərbaycan Gimnastika Federasiyasından Msport.az-a verilən məlumata görə, ölkəmizi qrup hərəkətləri komandasının üzvləri Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Ləman Əlimuradova, Zeynəb Hümmətova və Darya Sorokina təmsil edəcəklər.

Turnirdə ölkəmizdən iki hakim – Nigar Abdusalimova ilə Vəfa Bəkərova ədaləti qoruyacaq.

Qeyd edək ki, yarış iyulun 5-6-da baş tutacaq.

Bənzər xəbərlər