featured-image-40962

Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Özbəkistanın paytaxtı Daşkənddə keçirilən beynəlxalq turnirdə daha dörd medal qazanıblar.

Msport.az xəbər verir ki, fərdi proqramda Fərhad Mustafayev qızıl, Ömər Qasımlı gümüş, Səma Cəfərova və Ammar Baxşalıyev bürünc mükafata layiq görülüblər.

Qeyd edək ki, daha əvvəl sinxron proqramda qızıl və gümüş medal əldə olunub.

Bənzər xəbərlər