featured-image-74067

“Rubin” əvəzedici komandanın baş məşqçisi Gökdeniz Karadenizlə yolları ayırıb.

Msport.az xəbər verir ki, baş məşqçi səlahiyyətlərini müvəqqəti olaraq əvvəllər Karadenizin məşqçilər korpusunda çalışan Andrey Fyodorov icra edəcək.

Klubun açıqlamasında bildirilib ki, “Rubin” üçün əfsanəvi futbolçu olan Karadeniz 2023-cü ilin iyulunda yenidən yaradılan “Rubin-2”nin sükanı arxasına keçib. O, komandanı 2-ci liqada üç mövsüm çalışdırıb. Bu müddət ərzində “Rubin-2” iki dəfə bürünc medal qazanıb.

Kazan təmsilçisi Gökhəniz Karadenizə gənc futbolçuların və ümumilikdə klubun inkişafına verdiyi töhfəyə görə təşəkkür edib və ona məşqçilik karyerasında yeni uğurlar arzulayıb.

Qeyd edək ki, Gökdeniz Karadeniz 2008-2018-ci illərdə “Rubin”in formasını geyinib. O, bu müddət ərzində iki dəfə Rusiya çempionu olub. 2018-ci ildə karyerasını başa vuran Karadenizin  61 nömrəli forması “Rubin”də əbədiləşdirilib.

Bənzər xəbərlər