featured-image-15966

“Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli Premyer Liqanın 12-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri səfər oyununu şərh edib.

Msport.az xəbər verir ki, o, 0:4 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Qarabağ” 9 ildir avrokuboklarda ölkəmizi layiqincə təmsil edir. Futbolçularımıza da bildirmişdik ki, məsuliyyətli olsunlar. Qol epizodlarımız olsa da, bunlardan yararlana ola bilmədik. Matçın ikinci hissəsi planladığımız kimi getsə də, ani diqqətsizlik oldu. Son dəqiqələrdə qollar buraxırıq. Lakin bunlar yaşanmamalıdır. Belə komandalarla birlikdə meydanı bölüşmək bizim üçün böyük təcrübədir. “Qarabağ”ın qarşısında oynamaq asan deyil. Bütün futbolçularımı təbrik edirəm.

Komandamıza legioner futbolçu gətirmək istəmirik. Çünki o zaman yerli futbolçularımız geridə qalır. Əsas məqsədimiz öz futbolçularımızı inkişaf etdirərək, “Şamaxı” komandasını irəli aparmaqdır. Biz inanırıq. Göstərdiyimiz oyunla daha yaxşı yerlərə layiqik”.

Bənzər xəbərlər