featured-image-83022

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Litva ilə Millətlər Liqasında sabah keçiriləcək oyundan öncə mətbuat nümayəndələrinin qarşısına çıxıb.

Msport.az xəbər verir ki, o,yaxşı nəticə qazanmağa çalışacaqlarını deyib:

O, Millətlər Liqasına qələbə ilə başlamağın vacibliyini bildirib:

“Bura Tacikistana qarşı yoxlama oyunundan sonra gəlmişik. Litva ilə matça yaxşı hazırlaşmışıq. Meydana müsbət nəticə qazanmaq üçün çıxacağıq.

“Güclü komandaya qarşı oynayacağıq. Litva ilk matçda qələbə qazanıb. Rəqibin Avropa klublarında oynayan futbolçuları çoxdur. Uzun müddətdir eyni heyətlə çıxış edirlər. Amma futbolçulara lazımi tapşırıqlar verilib. İnşallah, düşündüklərimizi meydanda icra edib lazımi nəticəni qazanarıq”. (Report)

Qeyd edək ki, Litva – Azərbaycan oyunu sentyabrın 27-də, Bakı vaxtı ilə saat 17:00-da Kaunas şəhərində baş tutacaq.

Bənzər xəbərlər