Gündoğan sabiq komandasına qayıda bilər
“Barselona”nın yarımmüdafiəçisi İlkay Gündoğan sabiq komandasına – “Mançester Siti”yə qayıda bilər.
Msport.az xəbər verir ki, məlumatı şəxsi “X” hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola Almaniya millisindəki karyerasına son qoyan türkün komandaya qoşulmasını istəyir. Mənbə İngiltərə və İspaniya klublarının bu yöndə danışıq apardıqlarını vurğulayıb. Gündoğanı Səudiyyə Ərəbistanı və Qətər təmsilçilərinin də istədiyi, lakin təcrübəli oyunçunun Avropada qalmağa üstünlük verdiyi diqqətə çatdırılıb.
Qeyd edək ki, İlkay 2016-2023-cü illər aralığında “Mançester Siti”nin uğurları üçün çalışıb.