Gündoğan və Levandovski zədələndi
“Barselona”nın yarımmüdafiəçisi İlkay Gündoğan və hücumçusu Robert Levandovski zədələnib.
Msport.az xəbər verir ki, bu barədə “Diario Sport” nəşri məlumat yayıb.
Hər iki oyunçu “Joan Qamper” yoldaşlıq turnirində “Monako” ilə matçda sıradan çıxıb.
Qeyd edək ki, qarşılaşma Kataloniya təmsilçisinin məğlubiyyəti ilə bitib – 0:3.