featured-image-31707

Mövsümün sonunda “Kəpəz”dən ayrılan Tərlan Əhmədov feysbukda paylaşım edib.

Msport.az xəbər verir ki, 52 yaşlı mütəxəssis postda bunları yazıb:

“Əliaçıq olursan, axmaq bilirlər, yaxşı biri olursan, istifadə edirlər, düzgün olan şeyi edirsən, tənqid edirlər, uğur qazanırsan, qısqanırlar. Sevirsən, qiymət bilmirlər. İnsan olmaq ən çətin işdi bu həyatda”.

Heç şübhəsiz, məşqçi bu sözlərlə kimlərəsə mesaj göndərib. Əhmədovun paylaşımının altında ona bir çox dəstək mesajları yazılıb. Onlardan biri “Kəpəz”də təcrübəli mütəxəssisin rəhbərliyi altında oynamış gürcü futbolçu Giorgi Kantariyadır.

“Allah yolunuzu açıq etsin, siz ancaq ən yaxşısına layiqsiniz. Uğurlar və hər şey üçün təşəkkürlər Tərlan Əhmədov!”

media-WhatsApp Image 2023-06-16 at 13.17.55

CAHİD

Bənzər xəbərlər