Hakan Çalhanoğlu “Yuventus”a keçə bilər
Türkiyə millisinin və “İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu “Yuventus”a keçə bilər.
Msport.az xəbər verir ki, 32 yaşlı futbolçu hələ də Milan təmsilçisi ilə müqaviləsinin müddətini uzatmayıb. Onun müqaviləsi yayda başa çatır.
Əgər türkiyəli oyunçu “İnter”lə müqaviləsini uzatmasa, “Yuventus” ona rəsmi təklif göndərəcək. Qeyd edək ki, “Qalatasaray” da təcrübəli futbolçu ilə maraqlanır.
Hakan 2021-ci ilin yayından “İnter”də çıxış edir. O, “Milan”dan sonra şəhərin digər komandasına keçmişdi.







