featured-image-38107

İtaliyalı hakim Xuan Luka Sakki köməkçisi Françeska Di Monte ilə görüşmədiyi üçün diskvalifikasiya edilib.

Msport.az xəbər verir ki, hadisə A seriyasının VIII turunda keçirilən “Leççe” – “Sassuolo” görüşündə baş verib.

Qarşılaşmanın startından əvvəl referi xanım köməkçisinin uzatdığı ələ reaksiya verməyərək, “Leççe”nin kapitanı Qabriel Strefetsa ilə görüşüb. Di Monte də gülümsəyərək başını yelləyib. Davranışına görə danlanan Sakki A seriyasında 1 oyunluq cəzalandırılıb.

Qeyd edək ki, görüş 1:1 hesabı ilə başa çatıb.

Bənzər xəbərlər