featured-image-24754

FIFA hakimlərimiz 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinin oyunlarına təyinat alıblar.

Msport.az xəbər verir ki, FIFA referisi Elçin Məsiyev və FIFA referi köməkçisi Pərvin Talıbov martın 22-dən 28-dək Polşada təşkil ediləcək 6-cı qrupun oyunlarında iştirak edəcəklər.

Qeyd edək ki, 6-cı qrupda İsrail, Polşa, Serbiya və Latviya komandaları mübarizə aparacaq.

Bənzər xəbərlər