featured-image-11779

“Mançester Siti”nin hücumçusu Erlinq Haland İngiltərə Premyer Liqasının tarixinə düşüb.

Msport.az xəbər verir ki, 22 yaşlı futbolçu buna “Nottingem Forest”ə 6:0 hesabı ilə qalib gəldikləri 5-ci tur oyununda het-trik etməklə nail olub.

Haland Premyer Liqada ardıcıl iki matçda bunu bacaran 7-ci oyunçudur.

Daha əvvəl Les Ferdinand, Yan Rayt, Tyerri Anri, Didye Droqba, Ueyn Runi və Harri Keyn eyni nailiyyətə imza atıb.

Haland iyunun 13-də Dortmund “Borussiya”sından “Mançester Siti”yə keçib. Onun müqaviləsi 2027-ci ilin yayınadək nəzərdə tutulub.

Bənzər xəbərlər