featured-image-16241

Azərbaycan Premyer Liqasının XIII turunun “Qəbələ” – “Zirə” matçı meydan sahiblərinin azarkeşləri olmadan keçiriləcək.

AFFA İntizam Komitəsi bununla bağlı qərar verib.  Premyer Liqanın XII turunun “Sabah” –“Qəbələ” oyununda qonaq komandanın azarkeşlərinin törətdikləri ictimai təhlükəli əməllərə (iğtişaş törədilməsi, meydana kənar əşyaların atılması və stadiona zərər vuraraq oturacaqların sındırılması faktı) görə, “Qəbələ” klubunun azarkeşlərinin stadiona girişinə bir oyunluq məhdudiyyət qoyulub.

Msport.az xəbər verir ki, “Qəbələ”ni dəstəkləyən “Red Black Army” azad azarkeş qrupu bəyanat yayıb: 

Oktyabrın 30-da baş tutan “Sabah – Qəbələ” matçında baş vermiş hadisələrlə bağlı açıqlama verməyi özümüzə borc bilirik.
Oyundan öncə stadiona qədər yürüşümüz baş tutub. Bu zaman azarkeşliyin qaydalarına uyğun bəstə və şüarlarla komandamızın şanına nəğmələr səsləndirmişik. Bu vaxt ərzində yerli camaat və azarkeşlərlə heç bir insident yaşanmamışdır. Stadionda təhlükəsizliyi təmin etməli olan rəqib klub adətən tribunada qarşılaşan azarkeşlər arasında bir və ya bir neçə sektor ara verməlidir. Lakin sadəcə göz boyamaq üçün mövcud olan bacarıqsız klubunun adi təhlükəsizlik qaydalarını bilməməsi bizi heyrətə gətirir. “Sabah” klubunun təhlükəsizlik tədbirlərini yaxşı təmin edə bilməməsi nəticəsində azarkeş qrupumuzun olduğu sektora birləşik tribunada yerli azarkeşlərlərlə aramızda insident baş verdi. Matçın gedişində adi camatın qrupumuzu başqa yığma “azarkeş qrupları” ilə qarışdırması və azarkeşlərin olduğu tribunadan üzvlərimizə təhqirlər yağdırması vəziyyəti çıxılmaz hala saldı.
“Red Black Army” Azad azərkeş qrupu heç zaman aqressiv bir qrup olmamışdır. Lakin ona edilən hər hansı hücumun cavabını lazımı şəkildə vermişdir.
Bəyan edirik ki, klubumuza verilən cərimələrə görə məyusuq. Lakin bu qərarların düzgün olmadığını və təhlükəsizliyi təmin edilməməsi üçün məsuliyətin rəqib klubunda olduğunu düşünürük. “1-in üstünə 5-ni qoyub” cərimələr yağdıran AFFA bunu əvvəlki illərdə də göstərmişdir.
Bu qədər absurd qərarı verən qurumun tək yenədə “Qəbələ”yə zərər vermək istəməsidir. Biz belə uydurma cərimələri əvvəllərdə görmüşük . Ötən illərdə Gəncədə və başqa oyunlarda rekord məbləğlərdə cərimələnəndə də hər şeyin fərqində idik. Rəqib meydanda olan insidentlərə görə ev oyununda azarkeşsiz oynama qadağasının verilməsinə isə sadəcə gülürük.
“Red Black Army” azad azarkeş qrupu olaraq hər zaman komandamızın yanında olacağıq . Heç bir cərimə və cəzalar bizim dəstəyimizin önünü kəsə bilməz.

Bənzər xəbərlər