featured-image-18742

“Beş gündən bir oynasaq da, dinamika xoşuma gəldi. Komandamız sona qədər tempi qoruyub saxlaya bildi”.

Msport.az-ın məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev səfərdə “Qarabağ”a 0:1 hesabı ilə məğlub olduqları Azərbaycan Premyer Liqasının XVII tur oyunundan sonra mətbuat konfransında deyib.

42 yaşlı mütəxəssis bildirib ki, güclü rəqiblə layiqli mübarizə aparıblar: “Heç-heçə də edə bilərdik. Ancaq yenə də komandamdan razı qaldım. Dinamikanı saxlamaq özü güc tələb edir. Ağır dönəmdəyik. Komanda meydançada müsbət təsir bağışladı”.

O, matçın ardından hakimə irad bildirməsinin səbəbini də açıqlayıb: “Oyunçumuza sarı verdi, ona görə irad bildirdim. Hakimliyi müzakirə etmək istəmirəm. Onların da rəhbəri var. Yəqin, lazımi tapşırıqları verəcəklər”.

Bənzər xəbərlər