"Hələ də şanslarımız bərabərdir" - Tərlan Əhmədov
Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Kubokunun 1/4 finalında “Turan Tovuz”la ev oyununu şərh edib.
Msport.az xəbər verir ki, o, 1:2 hesablı məğlubiyyətdən sonra “CBC Sport”a açıqlamasında bunları deyib:
“Kubok oyunları ağır olur. Burada daha diqqətli olmalısan. İlk hissədə aqressiv oyun gedirdi. Yerinə yetirə bilmədiyimiz penalti qırılma nöqtəsi oldu. Bu, psixoloji cəhətdən təsir etdi.
3 turdur, komanda ilk hissədə yaxşı oynayır. İkinci hissədə sanki arxayınlaşırlar. Bu da məğlubiyyətə səbəb olur. Yenə eyni şeylər yaşandı. Bütün məsələlər cavab oyununda bəlli olacaq. Hələ də şanslarımız bərabərdir. Komandanın özünü toparlamq vaxtıdır. Uğur istəyiriksə, yeni oyunçular cəlb etməliyik. Yeni nəfəs lazımdır. Əvəzedici oyunçuların olmaması arxayınlıq yaradır. Qışda yeni futbolçular cəlb olunmalıdır. Hücumda da keyfiyyəti artırmalıyıq. Hücumda keyfiyyət düşdükcə müdafiədə boşluqlar yaranır”.







